AZ

Daşkəsəndə YAP ın yaradılmasının 33 cü ildönümü qeyd olundu FOTOLAR

ain.az, Unikal.az portalına istinadən məlumat verir.

Noyabrın 20-də Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 33-cü ildönümü münasibətilə Daşkəsən rayonunda toplantı keçirilib.

"Unikal" xəbər verir ki, tədbirdə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov, YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçiyev və rayonun çoxsaylı partiya fəalları iştirak ediblər.

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov giriş nitqi ilə çıxış edib. İcra başçısı bildirib ki, müasir müstəqil Azərbaycanın bütün sahələrdə qazandığı böyük nailiyyətlər, həmçinin erməni işğalçıları üzərində əldə edilmiş mütləq tarixi Zəfər məhz Ulu Öndər Heydər Əliyevin yaratdığı və bu gün onun siyasi kursunun layiqli davamçısı möhtərəm Prezident cənab İlham Əliyevin sədri olduğu Yeni Azərbaycan Partiyasının fəaliyyəti ilə bilavasitə bağlıdır. Bu gün biz Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 33 illiyini dünyada öz sözünü deyən qalib bir dövlətdə qeyd edirik. Bu, hər bir azərbaycanlını qürurlandırır. Prezident cənab İlham Əliyevin sədrliyi ilə Yeni Azərbaycan Partiyası Qafqazda ən güclü siyasi partiya olmaqla, Azərbaycan xalqının milli maraqlarına xidmət göstərir. Yarım milyondan artıq azərbaycanlını ətrafında birləşdirən Yeni Azərbaycan Partiyası əslində hər bir azərbaycanlının partiyasıdır.

YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçiyev çıxışında diqqətə çatdırıb ki, YAP Daşkəsən rayon təşkilatı fəaliyyətini partiya rəhbərliyi tərəfindən qarşıya qoyulmuş bütün vəzifələrin yerinə yetirilməsi üçün uğurla davam etdirir. Hazırda rayonumuzda YAP-a rəqib ola biləcək alternativ yoxdur. Bunun səbəbi daşkəsənlilərin Ümummilli Lider Heydər Əliyev siyasətinə daim göstərdikləri sədaqətdən və sevgidən irəli gəlir. Yeni Azərbaycan Partiyasının bütün uğurlarının və qələbələrinin arxasında xalqın Ulu Öndər Heydər Əliyev siyasətinə və onun layiqli davamçısı möhtərəm Prezidentimiz, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevə olan sarsılmaz inamı və bu inamdan doğan dəstəyi dayanır.

Tədbirdə çıxış edən YAP veteranları Cavanşir Qocayev və Sahib Əhmədov, eləcə də partiya fəalları Rüfət Bədəlov və Nailə Məmmədova partiyanın 33 illik fəaliyyəti ərzində qazandığı möhtəşəm uğurların hər bir üzv üçün qürur mənbəyi olduğunu vurğulayıblar.

Sonra YAP rayon təşkilatının bir qrup veteran üzvünə qiymətli hədiyyələr təqdim olunub.

Partiya fəallarının ümumrayon yığıncağı Yeni Azərbaycan Partiyası himninin sədaları altında bayram əhvali-ruhiyyəsində başa çatıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
14
2
unikal.az

3Mənbələr