AZ

“Övladlarımın başına pis bir şey gəlsə, onlar cavabdehdir” Nura Suri kimləri hədəfə aldı?

ain.az, Gununsesi portalına istinadən məlumat yayır.

Müğənni Nura Suri son günlər özünə qarşı sistemli şəkildə aparıldığını iddia etdiyi “qaralama kampaniyası” ilə bağlı sosial şəbəkədə açıqlama verib.

Gununsesi.info -nun məlumatına görə, sənətçi bildirib ki, proses müxtəlif formalarda davam edir və bunun arxasında kimlərin dayandığının aidiyyəti qurumlara məlum olduğunu vurğulayıb.

O, paylaşımında belə qeyd edib:

“Mənə qarşı yönəldilən qaralama kampaniyasının müxtəlif formalarda davam etdirildiyini açıq şəkildə bəyan edirəm. Bundan sonra mənim və övladlarımın başına gələcək istənilən neqativ halın kimlərin tərəfindən törədilə biləcəyi ictimaiyyətə və aidiyyəti qurumlara əvvəldən məlumdur.

Bu məsələ ilə bağlı tam şəkildə hüquqi və ictimai mübarizəyə hazıram. Lakin altdan-altdan aparılan təzyiq, şər, böhtan və digər qeyri-qanuni addımlar mübarizə hesab oluna bilməz. Mənə və ailə üzvlərimə qarşı hər hansısa təxribat, təhdid, nüfuzdansalma və sair cəhdi olacağı halda, bunun kimlər tərəfindən edilə biləcəyi barədə məlumatları əvvəlcədən yazılı şəkildə qeyd edib evdə saxlamışam”.

Gununsesi.info 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
63
2
icma.az

3Mənbələr