AZ

Rəşad Eyyubov, qələbəni siz qazanmadız, Murad Məmmədov qazandı

Footbal-plus portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

U-21 seçmə oyunda səfərdə Cəbəllütariqə qalib gəldi - 1:0. Oyunda yeganə qolu 54-cü dəqiqədə Murad Məmmədov vurdu.40 min əhalisi, 6,8 kvadrat kilometr ərazisi olan ölkənin 21 yaşadək futbolçularına bir qolla, barmaqla sayılacaq qədər təhlükəli vəziyyət yaradaraq, son 10-15 dəqiqəni müdafiədə oturaraq qalib gəlirik. Fiasko. Bütün millilərin qapazaltı etdiyi rəqibi zülüm-zillətlə məğlub edirik.Belə nəticədən, oyundan sonra Rəşad Eyyubov qazandığı 3 xalı necə əlində bayraq edir? Deyir ki, “10 nəfərlə müdafiə olunan bloku yara bildiyimiz üçün sevinirik”. Cənab Eyyubov, siz yarmamısız. Murad fərdi keyfiyyətləri sayəsində rəqibləri keçib və uzaqdan “9-luğ”u dəqiq “nişan alıb”. Burda Rəşad Eyyubov işi yox, Murad Məmmədov keyfiyyəti ön plandadı.Bundan sonra nə olacaq, necə olacaq… Demək Çətindi. 21-lər, 19-lar, 17-lər belə olandan sonra əsas millidən nə gözləyək? Bunlar da böyüyəndən sonra əsas millinin şərəfini qoruyacaq.MÜZƏFFƏR QULUZADƏ

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
25
1
icma.az

2Mənbələr