AZ

Zelenski ABŞ-dən sülh planı layihəsini alıb

BAKI, 20 noyabr. TELEQRAF

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-dən müharibənin həllinə dair plan layihəsini rəsmən alıb.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna liderinin ofisi məlumat yayıb.

Sənəddə sülh prosesini və diplomatik təmasları canlandıra biləcək təkliflər var.

"Financial Times" məlumatına görə, sənədi Ukrayna tərəfinə ABŞ Prezidentinin nümayəndəsi Stiv Vitkoff təqdim edib. O da məlum olub ki, Zelenski ABŞ prezident administrasiyasının hazırladığı yeni sülh planını müzakirə etməkdən imtina edib və əvəzində avropalı tərəfdaşları ilə alternativ sənəd hazırlayıb.

Seçilən
81
teleqraf.com

1Mənbələr