AZ

Dohada Azərbaycanı 14 şahmatçı təmsil edəcək Dünya çempionatı

Qol.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Dohada Azərbaycanı 14 şahmatçı təmsil edəcək - Dünya çempionatı

Qətərin paytaxtı Dohada şahmatın rapid və blits növləri üzrə dünya çempionatı keçiriləcək.

QOL.az FIDE-nin rəsmi saytına istinadən xəbər verir ki, yarışda Azərbaycan 14 şahmatçı ilə təmsil olunacaq.

Kişilər arasında Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Eltac Səfərli, Rauf Məmmədov, Nicat Abasov, Məhəmməd Muradlı və Aydın Süleymanlı, qadınların mübarizəsində isə Günay Məmmədzadə, Gülnar Məmmədova, Xanım Balacayeva, Gövhər Beydullayeva, Ülviyyə Fətəliyeva, Zeynəb və Türkan Məmmədyarova bacıları qüvvələrini sınayacaqlar.

Dekabrın 25-30-da keçiriləcək turnirin ümumi mükafat fondu 1 milyon avrodan artıqdır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
21
11
qol.az

10Mənbələr