AZ

Bu, tarixin ən böyük fırıldağıdır Zaxarovadan sərt ittiham

ain.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

Volodimir Zelenski ilə Fransa Prezidenti Emmanuel Makron arasında Ukraynaya hərbi yardımla bağlı razılaşmalar müasir tarixin ən böyük fırıldağından başqa bir şey deyil.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

O xatırladıb ki, 17 noyabrda Emmanuel Makron və Volodimir Zelenski Paris regionundakı Villakuble hava bazasında Kiyevə hərbi yardımla, Ukrayna ordusuna Fransa istehsalı olan 100 ədəd “Rafale” qırıcı təyyarəsi tədarük edilməsi ilə bağlı razılaşma imzalayıblar.

“Zelenski sənədi tarixi adlandırmaqda tələsib. Düşünürəm ki, prinsipcə qismən haqlıdır. Mənim fikrimcə, bu, tarixdə qalacaq bir sənəddir. Bunu hətta razılaşma da adlandırmaq olmaz. Görünür, qarşıdan müasir tarixin ən böyük fırıldağından biri gəlir. Kiyev rejiminin 20 milyard avro dəyərində ola biləcək belə böyük alış üçün pulu yoxdur, necə ki, Parisin iddia etdiyi həcmdə texnikası yoxdur. Beləliklə, bu, maraqlı virtual sövdələşmədir. Birinin pulu, digərinin malı yoxdur, amma gələcək üçün nəsə barədə razılığa gəliblər”, – deyə Rusiya XİN sözçüsü qeyd edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
16
3
globalinfo.az

8Mənbələr