Ukrayna prezidenti Volodimir Zelenski Pentaqonun nümayəndələri ilə görüşüb.
Musavat.com xəbər verir ki, bu barədə "RBC-Ukrayna" məlumat yayıb.
Nəşrin mənbəsinin məlumatına görə, prezident ABŞ-ın ordu katibi Den Driskoll və generallarla görüşüb.
İndi keçmiş müdafiə naziri, Milli Təhlükəsizlik və Müdafiə Şurasının rəhbəri Rustem Umerovun da daxil olduğu genişlənmiş danışıqlar formatı başlayır. Müzakirələr zamanı tərəflər strateji təhlükəsizlik məsələlərini əlaqələndirməyi planlaşdırırlar.
Musavat.com