AZ

Azərbaycan dünya çempionatında 14 şahmatçı ilə təmsil olunacaq

Yazını böyüt
Yazını kiçilt

Qətərin paytaxtı Dohada şahmatın rapid və blits növləri üzrə dünya çempionatı keçiriləcək.

Hafta.az FIDE-nin rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan yarışda 14 şahmatçı ilə təmsil olunacaq.

Kişilər arasında Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Eltac Səfərli, Rauf Məmmədov, Nicat Abasov, Məhəmməd Muradlı və Aydın Süleymanlı, qadınların mübarizəsində isə Günay Məmmədzadə, Gülnar Məmmədova, Xanım Balacayeva, Gövhər Beydullayeva, Ülviyyə Fətəliyeva, Zeynəb və Türkan Məmmədyarovalar qüvvələrini sınayacaqlar.

Dekabrın 25-30-da keçiriləcək turnirin ümumi mükafat fondu 1 milyon avrodan artıqdır.

Seçilən
37
11
hafta.az

10Mənbələr