Bakı. Trend:
Müasir baytarlıq elmi və aqrar xidmətlərin inkişafı diaqnostika,profilaktika və müalicə proseslərinin daha dəqiq, daha operativ vəmaksimal effektivliklə həyata keçirilməsinə imkan yaradır. Buinkişaf xüsusilə heyvandarlığın dayanıqlı inkişafı və heyvansağlamlığının təmin olunması baxımından strateji əhəmiyyətdaşıyır.
Trend xəbərverir ki, bu sözləri Aqrar Xidmətlər Agentliyinin sədri SərdarHacıyev “Heyvan xəstəliklərinin diaqnostikasında və müalicəsindəyeni yanaşmalar” konfransında bildirib.
Agentlik sədri qeyd edib ki, respublika üzrə baytarlıqxidmətlərinin əlçatanlığının və keyfiyyətinin artırılması, rəqəmsalhəllərin tətbiqi və beynəlxalq əməkdaşlığın genişləndirilməsiistiqamətində ardıcıl addımlar atılır:
“Müasir dövrdə xəstəliklərə yanaşma təkcə müalicə iləməhdudlaşmır – risklərin erkən aşkarlanması, təsərrüfatlarınbiotəhlükəsizlik səviyyəsinin artırılması, epizootik sabitliyinqorunması və zoonoz xəstəliklərlə mübarizədə qabaqlayıcıtədbirlərin gücləndirilməsi əsas hədəflərimiz sırasındadır. Hazırdabaytarlıq sisteminin təkmilləşdirilməsi, rəqəmsallaşdırılması, kadrpotensialının gücləndirilməsi və baytar mütəxəssislərin peşəbacarıqlarının artırılması istiqamətində işlər ardıcıl şəkildədavam etdirilir.”
S. Hacıyev görülən işlərin regionlarda, xüsusilə də ucqarkəndlərdə operativ xidmət göstərmək, xəstəliklərin vaxtındaaşkarlanmasını təmin etmək və təsərrüfatlarda biotəhlükəsizliyidaha da gücləndirmək baxımından böyük əhəmiyyət daşıyacağını qeydedib.
Qeyd edək ki, Aqrar Xidmətlər Agentliyi və “Bayramlı Group”MMC-nin birgə təşkilatçılığı ilə “Heyvan xəstəliklərinindiaqnostikasında və müalicəsində yeni yanaşmalar” mövzusundakonfrans keçirilir. Tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin, AqrarXidmətlər Agentliyinin rəhbərliyi, elmi-tədqiqat institutununalimləri, özəl və dövlət qurumlarının nümayəndələri iştirakedirlər.