AZ

Suriya milyonlarla suriyalı üçün giriş qadağasını ləğv edəcək

Suriya milyonlarla suriyalı üçün giriş qadağasını ləğv edəcək

Suriya keçid hökumətinin Daxili İşlər Nazirliyi bu ilin fevralından etibarən ölkəyə giriş qadağası tətbiq olunan 8 milyon işi nəzərdən keçirib.

Nazirliyin rəsmi nümayəndəsi Nurəddin əl-Baba bildirib ki, qurum bir neçə ay ərzində milyonlarla suriyalını qadağa siyahısından çıxarma prosesini başa çatdıracaq. Əl-Baba qeyd edib ki, giriş qadağaları Baas partiyasının çevrilişindən (1963-cü il) bəri qüvvədədir. O bildirib ki, Daxili İşlər Nazirliyi siyahıya siyasi səbəblərlə düşmüş, amma cinayətkar olmayan şəxsləri müəyyənləşdirir.

Bununla belə, nazirlik təxminən bir milyon suriyalının ölkənin əvvəlki hakimiyyəti ilə bağlı olduğu üçün hələ də giriş qadağasında olduğunu vurğulayıb.

Seçilən
6
afn.az

1Mənbələr