Milli iqtisadiyyatımızın dayanıqlı və qabaqlayıcı inkişafının təmin edilməsi baxımından makroiqtisadi siyasətin ən mühüm komponentlərindən olan büdcə siyasətinin təhlili kontekstində təqdim edilən 2026-cı ilin büdcə zərfinin strukturu onu deməyə əsas verir ki, 2026-cı ildə həyata keçiriləcək büdcə prosesi ilə bağlı hökümətin baxışı iqtisadiyyatımızın rəqabət qabiliyyətinin artmasına istiqamətlənmişdir.
Eyni zamanda, təqdim edilən büdcə zərfinin müvafiq parametrləri dünya iqtisadiyyatında baş verən proseslərə qarşı büdcə mexanizmləri vasitəsilə müvafiq proaktiv, adaptiv və reaktiv mexanizmlərin tətbiq edlməsinə imkan verir.
Təbii ki, dünya iqtisadiyyatında formalaşmaqda olan çağırışlar, risklər ölkəmizin əsas makroiqtisadi göstəricilərində, o cümlədən büdcə prosesində də öz təsirlərini tapmalıdır.
Ancaq bununla yanaşı, ölkədə həyata keçirilən büdcə siyasətinin milli iqtisadiyyatımız qarşısında dayanan əsas hədəflərə, o cümlədən, ölkə əhalisinin geniş kateqoriyalarının sosial rifahının yüksəldilməsinə prioritet olaraq istiqamətlənməsi zəruridir ki, təqdim olunan zərfdə, bu görünməkdədir.
Təqdim olunan 2026-ci ilin Dövlət Büdcəsi layihəsi göstərilən hədəflərə nail olmağa, eyni zamanda xarici iqtisadi təsirlərə qarşı dayanıqlı mexanizmin qurulmasına müvafiq baza yaratmaqdadır.