AZ

Bu ölkə Rusiyaya nota verdi

Moldovanın Xarici İşlər Nazirliyi ölkənin hava məkanının qanunsuz dron uçuşu ilə pozulması ilə bağlı Rusiyanın Kişinyovdakı səfirini çağırıb.

Publika.az xəbər verir ki, nazirlik səfirə Moldova tərəfinin bu ciddi suverenlik pozuntusuna və vətəndaşların təhlükəsizliyinə yaratdığı təhdidlərə görə sərt etirazını çatdırıb.

XİN bir daha Rusiyanı Moldova ərazisinin təhlükəsizliyini riskə atacaq hərəkətlərdən çəkinməyə və ölkənin suverenliyi ilə ərazi bütövlüyünə ciddi əməl etməyə çağırıb. Rusiya tərəfi isə bu insidentlə əlaqədar məsuliyyəti rədd edib.

Eyni gecə Rusiya silahlı qüvvələri Ukraynanın bir sıra bölgələrinə kütləvi dron və qanadlı raket hücumları həyata keçirib. Bir çox bölgədə hava həyəcanı elan olunub, bəzi ərazilərdə isə elektrik enerjisi qısa müddətə kəsilib.

Seçilən
450
1
publika.az

10Mənbələr