2026-cı il dünya çempionatının qitələrarası pley-off mərhələsinin püşkü atılıb.
QOL.az xəbər verir ki, püşkə əsasən məlum olan yarımfinal və final matçları ilə mundiala 2 vəsiqənin sahibi müəyyənləşəcək.
Püşkün nəticələri aşağıdakı kimidir:
1-ci cüt
Yarımfinal: Yeni Kaledoniya - Yamayka
Final: Yarımfinalın qalibi – Konqo
2-ci cüt
Yarımfinal: Boliviya – Surinam
Final: Yarımfinalın qalibi – İraq
Bütün qarşılaşmalar 2026-cı ilin martında Meksikada – Qvadalaxara və Monterrey şəhərlərində keçiriləcək.
Qeyd edək ki, 2026-cı il dünya çempionatı 11 iyun – 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada təşkil olunacaq. Turnirdə tarixdə ilk dəfə olaraq 48 komanda yarışacaq.