AZ

Azərbaycan və Litva arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümüdür - YENİLƏNİB

Litva Xarici İşlər Nazirliyi Azərbaycanla diplomatik əlaqələrin qurulmasının 30 illiyi ilə bağlı sosial şəbəkədə paylaşım edib.
APA xəbər verir ki, paylaşım nazirliyin “X” hesabında dərc edilib.

“Azərbaycandakı dostlarımızla birlikdə diplomatik əlaqələrimizin 30 illiyini qeyd edirik. Bu əlaqələr azadlıq uğrunda mübarizədə bir-birini dəstəkləmək üzərində qurulub. Bu mübarizə 1919-cu ilə, Litvanın Bakıda konsulluq açmasına qayıdır. Qoy bizim əməkdaşlığımız dərinləşsin və əlaqələrimiz növbəti illərdə də davam etsin”, - Litva XİN qeyd edib.

***

10:51

Bu gün Azərbaycan və Litva arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümüdür.

APA xəbər verir ki, bu barədə Azərbaycan XİN sosial mediada paylaşım edib.

“Bu münasibətlə Litva hökumətinə və xalqına ən xoş arzularımızı çatdırırıq”, - paylaşımda qeyd edilib.

Seçilən
92
1
apa.az

2Mənbələr