BAKI, 20 noyabr. TELEQRAF
Suriya Daxili İşlər Nazirliyi bu ilin fevral ayından etibarən ölkəyə giriş qadağası ilə bağlı 8 milyon işə baxıb.
Teleqraf xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin sözçüsü Nurəddin əl-Baba məlumat yayıb.
O bildirib ki, nazirlik bir neçə ay ərzində milyonlarla suriyalının ölkəyə girişi qadağan olunmuş şəxslər siyahısından çıxarılması prosesini başa çatdıracaq:
“Giriş qadağaları BƏƏS-in çevrilişindən (1963-cü ildə Əsəd ailəsini hakimiyyətə gətirən çevrilişdən – red.) bəri qüvvədədir. Bu ilin fevralından Daxili İşlər Nazirliyi 8 milyon giriş qadağası işinə baxıb. Bir neçə ay ərzində ölkəyə girişi qadağan olunmuş milyonlarla suriyalının adının silinməsi işini tamamlayacağıq”.