Ukrayna üzrə ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff “X” sosial şəbəkəsində paylaşdığı və çox qısa müddət sonra sildiyi yazıya görə böyük qalmaqala səbəb olub.
Musavat.com xəbər verir ki, "Sky News" yazır ki, diplomatın sildiyi paylaşım Ukrayna ilə bağlı sülh planının mediaya sızdırıldığı ehtimallarını gücləndirib.
Məlumata görə, Uitkoff həmin qeydi ABŞ administrasiyasındakı tanışı üçün şəxsi mesaj kimi göndərmək istəyib, lakin texniki səhv səbəbindən təsadüfən ictimai paylaşım kimi yayımlayıb.
"Sky News" iddia edir ki, bu hadisə Vitkoff-un sülh planının detallarının yayılması ilə bağlı ciddi narahatlıq keçirdiyini göstərir və Vaşinqtonda danışıqların məxfiliyi ilə bağlı suallar doğurub.
Diplomatın bu səhvi Ukrayna ətrafında aparılan gizli müzakirələr fonunda əlavə gərginlik yaradıb və ABŞ-ın diplomatik dairələrində geniş rezonans doğurub.
Musavat.com