Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 22-23 noyabr tarixlərində Cənubi Afrikaya səfər edəcək.
Publika.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının kommunikasiyalar üzrə direktoru Burhanəddin Duran məlumat yayıb.
Onun sözlərinə görə, Ərdoğan səfər çərçivəsində Yohannesburqda keçiriləcək 20-ci G20 Liderlər Zirvəsində iştirak edəcək.
"Prezident müxtəlif sessiyalarda "Həmrəylik, Bərabərlik, Davamlılıq" mövzusu altında keçiriləcək Zirvədə çıxış edəcək. Həmçinin, onun G20 Liderləri ilə, xüsusən də Cənubi Afrika prezidenti Siril Ramafosa və beynəlxalq təşkilatların nümayəndələri ilə görüşəcəyi gözlənilir".