Rusiyanın Federal Təhlükəsizlik Xidməti Müdafiə Nazirliyinin Krımdakı hərbi nümayəndəliyinin rəhbərini külli miqdarda rüşvət almaqda şübhəli bilinərək saxlayıb.
Musavat.com Rusiya mediasına istinadla xəbər verir ki, Müdafiə Nazirliyinin saxlanılan hərbi nümayəndəliyinin rəhbərinin adı açıqlanmır. Müstəntiqlər onu gəmi təmiri şirkətinin rəhbərindən pul tələb etməkdə şübhəli bilirlər. Pul müqabilində o, Qara dəniz donanmasının gəmisinin düzgün aparılmayan təmirini qəbul edəcəyinə söz verib.
Agentlik bildirir ki, bu hərəkətlər dövlətə 8 milyon rubldan çox ziyan vurub. Rüşvətdən əlavə, saxlanılan şəxsin vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi ilə bağlı istintaq da aparılır.
Saxlanılan zabitə qarşı cinayət işi açılıb. Məhkəmə onun haqqında iki ay müddətinə həbs qətimkan tədbiri seçib.
Musavat.com