AZ

Rusiya parlamenti ƏDV dərəcəsini 20% dən 22% ə qaldıran qanunu qəbul edib

Apa.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Rusiya Dövlət Duması vergi qanunvericiliyində dəyişikliyi nəzərdə tutan qanunu qəbul edib.

APA-nın Moskva bürosu xəbər verir ki, yeni qanuna əsasən, ƏDV dərəcəsi 2026-cı ildən başlayaraq 20%-dən 22%-ə qədər artacaq, eyni zamanda bəzi sosial əhəmiyyətli mallar üçün 10% güzəştli dərəcə saxlanılacaq.

Sadələşdirilmiş vergi sistemi çərçivəsində ƏDV ödənişi üçün gəlir həddi tədricən azalacaq: 2026-cı ildə 60 milyon əvəzinə 20 milyon rubl, 2027-ci ildə 15 milyon rubl, 2028-ci ildən başlayaraq isə 10 milyon rubl olacaq.

Alkoqol, tütün və şəkərli içkilər üzrə aksiz dərəcələri 2026-2027-ci illərdə inflyasiya səviyyəsinə uyğun olaraq artacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
26
3
apa.az

4Mənbələr