AZ

İranda edilməli olanların Azərbaycanla sərhəddə nə işi var?

BAKI, 20 noyabr. TELEQRAF

“İrandan az qala hər həftə dronlar vasitəsilə Azərbaycana narkotik maddələr keçirməyə çalışırlar”.

Teleqraf xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

“İrandan növbəti dəfə külli miqdarda narkotik vasitənin PUA vasitəsilə Azərbaycana keçirilməsinin qarşısı alınıb. Narkotik maddələrinin ümumi çəkisi 33 kiloqram olub. İrandan az qala hər həftə dronlar vasitəsilə Azərbaycana narkotik maddələr keçirməyə çalışırlar.

İranda narkotik yetişdirilməsinə və daşınmasına görə ölüm hökmü mövcuddur. Ölüm hökmü İranda narkotik ticarəti ilə məşğul olanları qorxutmur və ya niyə qonşu ölkədə bu işlə məşğul olanların əhatə dairəsi genişdir? Digər sual ondan ibarətdir ki, İranda narkotik daşımaları ilə məşğul olanlar bu qədər dronu necə əldə ediblər? İranda kustar üsulla dron hazırlamaq bu qədər asandır, yoxsa əhatə dairəsi geniş olan narkokuryerlər dövlətin istehsal etdiyi dronlardan yararlanırlar? Hər halda bu suallar sərhədlərinə cavabdeh olan iranlı generallar və məmurlara ünvanlanmalıdır”, - ekspert bildirib.

Seçilən
7
teleqraf.com

1Mənbələr