AZ

Rusiyada Polşa səfirinə hücum edilib

Ajans.az Gazeta Wyborcza-ya istinadən xəbər verir ki, hadisə barədə məlumatı Polşa Xarici İşlər Nazirliyi təsdiqləyib. Məlumata görə, insident 16 noyabrda – səfirin Polşanın Müstəqillik Gününü qeyd etmək üçün həmvətənləri ilə görüşmək məqsədilə Sankt-Peterburqa səfər etdiyi gün baş verib. Günorta saatlarında Krayevski konsulla birlikdə İskəndəriyyə Müqəddəs Yekaterina Bazilikasında keçirilən mərasimə qatılarkən onu “fəallar” kimi təqdim olunan bir qrup şəxs əhatəyə alıb. Onların Polşa və Ukrayna əleyhinə şüarlar yazılmış plakatlar daşıdığı, daha sonra isə səfirə hücum etdiyi bildirilir. Polşa Xarici İşlər Nazirliyinin sözçüsü Maçey Vievyor nəşrə açıqlamasında deyib: “Əvvəlcə şifahi təhqirlər olub, daha sonra açıq şəkildə fiziki güc tətbiqinə cəhd edilib. Ardınca təhlükəsizlik əməkdaşları müdaxilə edib.” Sözçünün sözlərinə görə, diplomat ciddi xəsarət almayıb.

 

Seçilən
35
Ajans.az

1Mənbələr