AZ

Özbək iş adamı Aİ-nin sanksiya siyahısına əlavə edildi

Avropa İttifaqı oktyabrın 23-də qəbul edilən 19-cu sanksiya paketinə özbək iş adamı Rüstəm Muminovu da əlavə edib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Muminov Özbəkistan, Rusiya və Birləşmiş Krallıq vətəndaşlığına malikdir.

Aİ-nin sənədində deyilir ki, 60 yaşlı Muminov Rusiya hərbi-sənaye kompleksini dəstəkləməklə əlaqəlidir.

Bildirilir ki, özbək biznesmen Fərqanə pambıq sellüloz fabrikini idarə edir və müəssisənin məhsulları Perm və Kazanın barıt fabriklərinə göndərilir. Bu materiallar isə Rusiya silahlı qüvvələri üçün silah istehsalında istifadə edilir.

Fərqanə kimya zavodunun adı OCCRP-nin birgə araşdırmasında, eləcə də BBC-nin rus xidmətinin araşdırmasında yer alıb. Materiallarda iddia olunur ki, bu iki şirkət Rusiya barıt fabriklərinə həm birbaşa, həm də özəl vasitəçilər vasitəsilə pambıq sellülozu tədarük edir. Jurnalistlərin hesablamalarına görə, Rusiyanın 2022-ci ildə Ukraynaya hərbi təcavüzü başlanandan sonra bu tədarüklərin həcmi bir neçə dəfə artıb.

May ayında Ukrayna hakimiyyəti Özbəkistandan olan üç şirkətə qarşı sanksiyalar tətbiq edib. Şirkətlərdən ikisi şəxsi sanksiyalara məruz qalan Özbəkistan vətəndaşı Rüstəm Muminovla əlaqəlidir.

Musavat.com

Seçilən
12
musavat.com

1Mənbələr