“Bir çox nəsil avropalılar nasizmdən xilas olmalarını sovet əsgərlərinə deyil, ABŞ- yə borclu olduqları hekayəsi ilə böyüdülər. Bu təhsilin nəticələri bugünkü hadisələrə də təsir edib”, - deyə Avstriyanın keçmiş xarici işlər naziri və Sankt-Peterburq Dövlət Universitetinin G.O.R.K.l. Mərkəzinin direktoru Karin Knaysl bildirib.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, sabiq nazir sözünə davam edərək deyib: "Biz burada bir daha nasizmin qaranlıq ideologiyasını görmək üçün toplaşmışıq. Həm mənim nəslim, həm də məndən sonrakı nəsil sovet əsgərinin qazandığı azadlığı unudub. Mən hər şeyi ABŞ-a borclu olduğumuzu deyən bir tarix üzərində böyümüşəm. Biz yalnız ABŞ sayəsində sağ qalmışıq", - deyə o, "Məhdudiyyətlər qanunu yoxdur: Nürnberq. 80 il" beynəlxalq elmi və praktik forumunda bildirib.
"Avstriyada yaşadığım müddətdə bizə həmişə Stalinin Hitlerdən daha pis olduğunu deyirdilər. Aldığımız təhsil bu idi və bu gün bunun nəticələrini görürük", - K.Knaysl deyib.
Qeyd edək ki, avstriyalı sabiq nazir Kremlyönümlü açıqlamaları ilə tanınır. O, vəzifədə olanda RF prezidenti V.Putinə rəğbət bəslədiyini gizlətmirdi, hətta onu toyuna da (2018-ci ildə)dəvət etmişdi. Ondan sonra Knaysla öz ölkəsində "rus donuzu", "Putinin fahişəsi" kimi təhqirlər yağdırmış, ölümlə hədələmişdilər.
Musavat.com