Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Cəbrayıl sakini Vidadi Hümbətovla müsahibə hazırlayıb.
Bu barədə APA-ya Komitədən məlumat verilib.
"Cəbrayılın havası da, suyu da bizə dərmandır", - yenidən inşa edilən Cəbrayıl şəhərinin sakini Vidadi Hümbətov deyib.
Məcburi köçkünlük dövründə o da, yurddaşları ilə birgə nə vaxtsa geri dönəyəcəyinə inanıb. Ümid və inamının gerçəyə çevrilməsindən çox məmnundur. Böyük Qayıdışın bir siması kimi öz duyğularını və minnətdarlıq hissini səmimiyyətlə ifadə edir.