AZ

Əməkdar artistin titulu əlindən alınır: Rəfiqəsi şikəyət etdi

Rusiyalı aktrisa Janna Epple ödəyə bilmədiyi borcuna görə, "Əməkdar artist" titulundan məhrum edilə bilər.

Publika.az xəbər verir ki, bu barədə "Mash" "Telegram" kanalı məlumat yayıb.

Bildirilir ki, belə bir şikayəti onun keçmiş rəfiqəsi edib. O, 7 ildir ödəyə bilmədiyi borcuna görə, rəfiqəsinin Rusiyanın "Əməkdar artisti" titulundan məhrum edilməsini tələb edib.

Hekayə 2010-cu ildə başlayıb. Ərini itirən Epple mənzili müqabilində ipoteka götürür, amma borcunu ödəyə bilməyib və kömək üçün tanışı, psixoloq və daşınmaz əmlak agentliyinin sahibi Kapitolina Polyanskayaya müraciət edib. Polyanskaya isə aktrisaya 154 min avro verib.

Borc qismən ödənilsə də, 2018-ci ilə qədər Epple yalnız 53.000 avro ödəyə bilib. Polyanskayanın sözlərinə görə, bundan sonra aktrisa ünsiyyəti dayandırıb. Bir il sonra onun rəfiqəsi məhkəməyə müraciət edərək yerdə qalan 102.000 avro və təxminən 7.000 avro faiz tələb edib. 2023-cü ildə məhkəmə cavabdehə borcunu indiki məzənnə ilə ödəməsi ilə bağlı qərar verib, lakin 61 yaşlı aktrisa iflas olduğunu bildirib. Arbitraj işi qəbul edib və əmlak satışa çıxarılıb, lakin bu, borcun qaytarılmasını təmin etməyib.

Seçilən
10
publika.az

1Mənbələr