“Yeni Klinikada onlayn növbə sistemi növbəti ilin yanvar-fevral aylarından tam şəkildə tətbiq ediləcək”.
Redaktor.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanov vurğuladı.
O qeyd etdi ki, sistemin tam istifadəyə verilməsi ilə vətəndaşlar fiziki olaraq növbəyə durmaq məcburiyyətində qalmayacaqlar:
“Hazırda bəzi tibbi xidmətlər üçün onlayn qeydiyyat mövcuddur, lakin yanvar-fevraldan etibarən bütün tibbi xidmətlər üzrə qeydiyyat prosesi tamamilə onlayn formada həyata keçiriləcək”.
Nuriyyə NATİQQIZI