AZ

YAP Azərbaycan dövlətçiliyinin dayaqlarından birinə çevrilib - Afət Həsənova

Bakı.Trend:

Yeni Azərbaycan Partiyası ümumxalq siyasi təşkilatı kimiformalaşaraq ölkənin siyasi sistemində xalqın milli maraqlarını,dövlətçilik mənafeyini və strateji hədəflərini ifadə edən etibarlıvə güclü partiya statusu qazanıb.

Bunu Trend-əaçıqlamasında Milli Məclisin deputatı Afət Həsənova deyib.

Deputat bildirib ki, Yeni Azərbaycan Partiyası Azərbaycandövlətçiliyinin son dərəcə həssas və təhlükəli mərhələsində –ölkənin dərin siyasi böhran, xaos və parçalanma təhlükəsi iləüzləşdiyi bir dövrdə xalqın sözünü deməyə qadir ziyalılarıntəşəbbüsü ilə meydana gəlib.

Onun sözlərinə görə, YAP-ın yaranması təsadüfi deyil, tarixizərurətdən doğan milli bir missiya idi.

“Partiyanın yaranması o dövrün ağır reallıqlarından irəligəlirdi. Azərbaycanın müstəqilliyini itirmək təhlükəsi artıqreallığa çevrilmişdi, ölkədə siyasi hakimiyyət böhranı yaşanırdı,qeyri-qanuni silahlı dəstələr özbaşınalıq edirdi, iqtisadiyyat isətamamilə çökmüş vəziyyətə düşmüşdü. Bu şəraitdə xalqı vahid ideya –azərbaycançılıq ideologiyası ətrafında birləşdirəcək, ölkəniuçurumdan çəkib çıxara biləcək güclü siyasi təşkilatın yaradılmasıhəyati zərurət idi. Məhz belə bir məqamda ölkənin taleyini düşünənziyalılar və ictimai-siyasi xadimlər Azərbaycanın xilası üçün yenisiyasi güc yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədləxalqın etimad göstərdiyi dahi lider Heydər Əliyevin ətrafındabirləşdilər”, – deyə A.Həsənova qeyd edib.

Deputatın sözlərinə görə, həmin dövrdə Azərbaycanın qarşısındaduran problemlər yalnız peşəkar liderlik və aydın stratejihədəflərlə həll oluna bilərdi:

“Ölkədə siyasi anarxiyanı aradan qaldırmaq, separatçı qüvvələrinqarşısını almaq, sosial-iqtisadi böhranı dəf etmək, Azərbaycanınbeynəlxalq aləmdə mövqelərini möhkəmləndirmək və ən əsası – ermənitəcavüzünü dayandıraraq dövlətçiliyi qorumaq üçün güclü vəsarsılmaz iradəyə malik təşkilat lazım idi”.

"Məhz bu obyektiv zərurət Yeni Azərbaycan Partiyasınınyaranmasına gətirib çıxardı. 1992-ci il noyabrın 21-də Naxçıvandaölkənin bütün bölgələrini təmsil edən 550 nəfərlik təşəbbüsqrupunun iştirakı ilə YAP-ın təsis konfransı keçirildi və Ulu ÖndərHeydər Əliyev yekdilliklə partiyanın sədri seçildi. Onun rəhbərliyiilə YAP qısa müddətdə təşkilatlanaraq geniş xalq kütlələrininetimadını qazandı. 1993-cü ildə xalqın tələbi ilə Heydər Əliyevinyenidən hakimiyyətə qayıdışı müstəqilliyin möhkəmlənməsi,dövlətçiliyin bərpası və ölkənin yeni inkişaf mərhələsinə qədəmqoyması ilə nəticələndi. Həmin dövrdə həyata keçirilən qətiyyətliaddımlar sayəsində ölkədə ictimai-siyasi sabitlik təmin edildi,qanunsuz silahlı dəstələr zərərsizləşdirildi, dövlət çevrilişicəhdlərinin qarşısı alındı və müharibədə uzunmüddətli atəşkəsə nailolundu", - deputat bildirib.

A.Həsənova əlavə edib ki, Yeni Azərbaycan Partiyasının 2005-ciil 26 mart tarixində keçirilən III qurultayında partiyanın yenisədri kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevseçildi.

“Prezident İlham Əliyev partiyanın fəaliyyətinə yeni dinamizm,yeni siyasi yanaşma və müasir idarəçilik ruhu gətirdi. Bu gün YAPtəkcə Azərbaycanın deyil, bütün Cənubi Qafqazın ən böyük və nüfuzlusiyasi partiyasıdır. 2021-ci ilin martında keçirilmiş VIIqurultayda partiyanın yeni Nizamnaməsi qəbul olundu, İdarəHeyətinin 40 nəfərlik tərkibi, 13 nəfərlik Təftiş Komissiyası vəyeni yaradılan YAP Veteranlar Şurası təsdiq edildi”.

Deputat vurğulayıb ki, YAP-ın fəaliyyətində növbəti mərhələartıq ölkənin bütün sahələrdə modernləşməsi ilə bağlıdır:

“Partiyamızın yaranmasının 33 illiyi tamam olur. Bu illərərzində YAP Ümummilli Lider Heydər Əliyevin ideyalarındanqaynaqlanan zəngin siyasi məktəbin daşıyıcısı kimi möhtəşəm inkişafyolu keçib. Bu gün Yeni Azərbaycan Partiyası öz fəaliyyətiniPrezident İlham Əliyevin müəyyən etdiyi strateji kursa uyğunşəkildə qurur, müasir dövrün çağırışlarını diqqətdə saxlayır vəölkənin gələcək inkişafına ciddi töhfələr verir”.

Seçilən
74
3
az.trend.az

4Mənbələr