AZ

 Uitkoff gizli ABŞ planı barədə paylaşımını SİLDİ

 Uitkoff gizli ABŞ planı barədə paylaşımını silib.

İnterpress.az xəbər verir ki, bu barədə “Sky News” məlumat yayıb.

ABŞ rəsmisi Uitkoff “X” sosial şəbəkəsində Ukrayna münaqişəsinin sona çatdırılması ilə bağlı iddia edilən gizli Amerika planına dair xəbəri şərh edib, lakin paylaşımı çox qısa müddətdə silib.

Nəşrin məlumatına görə, silinmiş tvitdə o, jurnalistlərin məlumatı “K” adlı şəxsdən əldə etdiyini yazıb.

KİV-lər hesab edir ki, bu, yüksək vəzifəli amerikalı mənbəyə işarə ola bilər.

Hadisə ABŞ mediasında və siyasi dairələrdə müzakirələrə səbəb olub. Rəsmi Vaşinqton məsələ ilə bağlı heç bir şərh verməyib.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
13
1
interpress.az

2Mənbələr