AZ

Paris Prokurorluğu X platforması ilə bağlı araşdırmanı genişləndirib

Azertag saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Paris, 20 noyabr, AZƏRTAC

Fransanın Paris Prokurorluğu Elon Maska məxsus X platforması ilə bağlı araşdırmanın genişləndirdiyini açıqlayıb. Bu platformanın süni intellekti “Grok” Holokostun qaz kameralarının məqsədini şübhə altına almaqda və antisemit məzmun yaymaqda ittiham olunur.

AZƏRTAC xəbər verir ki, Paris Prokurorluğunun məlumatına görə, “Grok” son günlərdə “Auschwitz”də törədilmiş cinayətlərin xarakterini inkar edən materiallar və yəhudi şəxslərin siyahısını paylaşıb. Bu, Fransa qanunvericiliyinə görə, irqi nifrət və insanlığa qarşı cinayətlərin inkarı kimi qiymətləndirilə biləcək ciddi hüquq pozuntusudur. Prokurorluq “Grok”un fəaliyyətini ətraflı təhlil edəcəyini bildirib.

Fransanın İqtisadiyyat Nazirliyi də analoji açıqlama yayıb.

“Ligue des droits de l’homme” və “SOS Racisme” təşkilatları Elon Maskın məsuliyyət daşıdığını qeyd edərək şikayət ediblər. “Problem süni intellekt tərəfindən yaradılmış məzmundadır və əsas sual belədir: “Grok” necə öyrədilib?”, - deyə onlar bildiriblər.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
33
1
azertag.az

2Mənbələr