AZ

Ağdərənin Vəngli və Həsənriz kəndlərinə növbəti köç karvanı yola salınıb  

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) Layihələr şöbəsinin müdiri, dosent İrina Kunina Tunis şəhərində keçirilən “Beynəlxalq sülh və təhlükəsizliyin dəstəklənməsində BMT-nin Sivilizasiyalar Alyansının rolunun aktivləşdirilməsi” mövzusunda Beynəlxalq Simpoziumda iştirak edib.

BBMM-dən bildirilib ki, tədbirdə dosent İrina Kunina “Azərbaycan modeli və sivilizasiyaların dialoqu” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə Azərbaycanın multikulturalizm modelinin dünyada nümunəvi təcrübə kimi qəbul olunduğu vurğulanıb. Diqqətə çatdırılıb ki, ölkəmiz tarixən müxtəlif etnik və dini icmaların sülh, qarşılıqlı hörmət və birgəyaşayış mədəniyyətini formalaşdırdığı bir məkan kimi tanınır və bu ənənə bu gün dövlət siyasətinin əsas prioritet istiqamətlərindən birini təşkil edir.

Qeyd olunub ki, Azərbaycan multikulturalizmi yalnız nəzəri çərçivələrlə məhdudlaşmır, həm də praktik nəticələrə əsaslanan, institusional mexanizmlərlə möhkəmləndirilmiş davamlı bir modeldir. Ölkədə müxtəlif dinlərin ibadət yerlərinin qorunması, milli-mədəni irsin bərpası, dini zəmində ayrı-seçkiliyə yol verilməməsi, müxtəlif icmaların dövlət tərəfindən dəstəklənməsi bu modelin əsas komponentlərindəndir.

İ.Kunina çıxışı zamanı BBMM-in fəaliyyətinə də toxunub. Bildirilib ki, Mərkəz tərəfindən həyata keçirilən beynəlxalq layihələr, xarici universitetlərdə “Azərbaycan multikulturalizmi” fənninin tədrisi, gənclər üçün dialoq təşəbbüsləri, eləcə də dini-etnik icma nümayəndələrinin iştirakı ilə təşkil olunan tədbirlər sivilizasiyalararası dialoqun institusional əsaslarının gücləndirilməsinə mühüm töhfə verir.

Tədbir İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) tərəfindən Tunis Respublikasının Xarici İşlər, Miqrasiya və Xaricdə Yaşayan Tunislilər Nazirliyi, həmçinin BMT-nin Sivilizasiyalar Alyansı ilə tərəfdaşlıq çərçivəsində təşkil olunub. Simpoziumun açılış mərasimində bir neçə nazir və yüksək vəzifəli şəxs, üzv dövlətlərin səfirləri, beynəlxalq və regional təşkilatların nümayəndələri, müxtəlif ölkələrdən olan ekspert və mütəxəssislər iştirak ediblər.

Müzakirələr zamanı iştirakçılar Sivilizasiyalar Alyansının beş əsas istiqaməti – təhsil, media, miqrasiya, qadınların səlahiyyətləndirilməsi və gənclərin rolu üzrə aktual məsələlərə toxunublar. Sivilizasiyalararası dialoqa təhdid yaradan problemlərin aradan qaldırılması, qarşılıqlı anlaşma mədəniyyətinin gücləndirilməsi, nifrət çıxışları və cəmiyyətlərarası bölünməyə qarşı mübarizə imkanlarının artırılması üçün innovativ mexanizmlərin işlənib hazırlanmasının zəruriliyi vurğulanıb.

Seçilən
28
azerbaijan-news.az

1Mənbələr