Biz 44 günlük Vətən müharibəsindən sonra tamamilə yeni bir mərhələyə qədəm qoymuşuq.
APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini Fatma Yıldırım deyib.
Deputat bildirib ki, işğaldan azad olunmuş ərazilərin bərpası, Böyük Qayıdış proqramının icrası, iqtisadi dirçəliş layihələrinin maliyyələşməsi bu büdcənin önəmli istiqamətlərindəndir: “Artıq Şuşa, Füzuli, Zəngilan və digər bölgələrimizdə həyat yenidən canlanır. Bu proseslərə ayrılan vəsaitlər bizim tarixə, şəhidlərimizin ruhuna, gələcəyimizə olan məsuliyyətimizin göstəricisidir. Bu, sadəcə iqtisadi məsələ deyil. Bu, həm də milli ləyaqət məsələsidir. Dövlətin əsas hədəfi azad edilmiş torpaqlarda dayanıqlı həyat, güclü iqtisadi model və vətəndaş məmnunluğunu təmin etməkdir. Eyni zamanda, dövlət büdcəsində ekoloji sabitliyin qorunması və yaşıl enerji sahəsinə diqqət də artırılır. Vurğulamaq istəyirəm ki, bu büdcə çərçivəsində alternativ enerji, ekologiyanın qorunması və təbii resursların səmərəli istifadəsi sahələrinə yönəlmiş vəsaitlərin artması diqqətlə qarşılanmalıdır”.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta