İran Prezidenti Məsud Pezeşkian Qəzvin əyalətinə səfəri zamanı Tehranın paytaxt statusunun köçürülməsinin qaçılmaz olduğunu bildirib. Prezidentin sözlərinə görə, əvvəlki illərdə bu təşəbbüs üçün büdcə kifayət etmədiyi üçün layihə icra olunmayıb, lakin hazırkı vəziyyət ölkəni alternativsiz qoyur.
NOCOMMENT.az xəbər verir ki, Pezeşkian Tehranı daha çox əhali artımı və tikinti yükünü daşıya bilməyən bir şəhər kimi xarakterizə edərək deyib:
“Bu bölgəni daha çox əhali və tikinti ilə yükləyə bilmərik. İnkişaf mümkündür, amma su problemini həll etmək qeyri-mümkündür”.
O, Fars körfəzindən Tehrana su gətirmə variantının nəzərdən keçirildiyini vurğulayıb və hər kubmetr suyun təxminən 500 min tümənə (3,35 $) başa gəlməsinin bu planın iqtisadi baxımdan məntiqsiz olduğunu əlavə edib.
“Ölkənin gələcəyi üçün paytaxt məsələsi ilə bağlı elmi, əhatəli və birdəfəlik həll yolu hazırlanmalıdır”, – deyə Pezeşkian açıqlamasında qeyd edib.