AZ

Rusiya-Ukrayna müharibəsi: Oyun bitdi

BAKI, 20 noyabr. TELEQRAF

“ABŞ-nin Ukrayna üzrə yeni sülh planı daha çox Rusiyanın maraqlarını nəzərə alır”.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ ordusunun ehtiyatda olan polkovnik-leytenantı Daniel Devis deyib.

O qeyd edib ki, Ukrayna və Avropa tərəfindən təklif olunan sülh təşəbbüsləri Rusiya üçün ultimatum xarakteri daşıyırdı, buna görə də reallaşa bilməzdi: “Amma indi görürük ki, pərdə arxasında qəbul edilən plan rusların arzuladığı bir şeydir”.

Devisin sözlərinə görə, müharibənin dayandırılması üzrə plan haqqında məlumat faktiki olaraq Ukraynanın məğlubiyyətini təsdiqləyir.

“Gəlin sadə şəkildə deyək: Tramp Kiyev və bütün Avropa liderlərinə bildirəcək ki, oyun bitdi,” - o əlavə edib və vurğulayıb ki, Ukraynanın məğlubiyyəti artıq qaçılmazdır.

Seçilən
34
teleqraf.com

1Mənbələr