“Yeni Klinika olaraq bizim məqsədimiz Azərbaycanda ehtiyacı olan, olmayan xidmətlərin yaradılmasıdır".
Redaktor.az xəbər verir ki, bunu Yeni Klinikanın direktoru Barat Yusubov Yeni Klinikada Yeni Robotik Reabilitasiya və Sümük İliyi Transplantasiyası mərkəzlərinin açılışında bildirdi.
Onun sözlərinə görə, xəstələrin xaricə göndərilməsi həm yüksək maliyyə itkisinə səbəb olur, həm də müalicə prosesində ciddi çətinliklər yaradırdı:
"Yeni mərkəzin yaradılması ilə bu problemlərin qarşısı böyük ölçüdə alınacaq. Mərkəzin qurulması üçün ciddi maliyyə tələb olunurdu, həmçinin mütəxəssis çatışmazlığı bu sahənin inkişafını ləngidirdi. Buna görə də həkimlər vaxtında xaricə təlimə göndərilib, beynəlxalq tərəfdaşlarla əməkdaşlıq qurulub".
Nuriyyə NATİQQIZI