Baku.ws portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Azərbaycanın sərhədyanı rayonlarının sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramı qəbul edilməlidir.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu təkliflə deputat Elman Nəsirov Milli Məclisin bu gün keçirilən plenar iclasında "2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin I oxunuşda müzakirəsində çıxış edib.
Onun sözlərinə görə, hazırda Cəlilabad rayonunun 63 kəndinin qazlaşdırılmasına ehtiyac var: "Bu rayonun İranla sərhəd kəndlərinə bu sahədə xüsusi diqqət verilməlidir. Bundan başqa, ümumiyyətlə, sərhədyanı rayonların sosial-iqtisadi inkişafı ilə övlət proqramının qəbul edilməsini təklif edirəm. Bu mənada pilot layihə də həyata keçirilə bilər".
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.