
Mövzu ilə bağlı mövzu ilə bağlı "Müasir İnkişaf" İctimai Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü Olaylar.az-a açıqlama verib:
" Təəssüf edirəm ki, İranın bir sıra media qurumları, xüsusən mühafizəkar dairələrə və SEPAH-a yaxın olanlar belə məlumatlarla çıxış edirlər. Bu, Azərbaycanın möhtəşəm Zəfərinin təqdimatı idi. Bu, Azərbaycanın möhtəşəm Zəfərinə həsr olunmuş, bütün dünyanın diqqətini özünə cəmləşdirən möhtəşəm bir qələbə paradı idi. Bu, Azərbaycan üçün çox önəmli mahiyyət və məsələ kəsb edir.
Biz istədik ki, qonşularımız, xüsusən İran, bu məsələyə həssas yanaşsın, bu məsələnin önəmini və mahiyyətini İran ictimaiyyətinə düzgün təqdim etsin. Amma təəssüf ki, biz qarayaxma, dezinformasiya görürük. Bu yanaşmadan, doğrudan da, təəssüf edirəm. Düşünürəm ki, bu, düzgün təqdimat və davranış deyil. Bu, iki dövlət arasında münasibətlərdə narahatlıq, narazılıq, gərginlik yaradan və onu artıran məqamdır. Halbuki biz qarşılıqlı şəkildə müsbət məqamları təqdim etsək, bu iki dövlət arasında münasibətlərə müsbət təsir göstərər. Axı biz qonşuyuq. Qonşu ölkələrik, qonşu xalqlarıq, birgə tariximiz var, ortaq dəyərlərimiz var. Mən deyirəm ki, gələcəkdə də bir yerdə olacağıq. Nə biz buradan köçəsi deyilik, nə İran xalqı köçəsi deyil. Bizim qonşuluğumuz davam edəcək. Bu münasibətlərdə bu məqamları nəzərə almaq lazımdır. Bu tip qarayaxma kampaniyası heç bir halda müsbət nəticəyə aparan məsələ deyil. Azərbaycanın gördüyü bütün işlər ortadadır. Biz o torpaqları işğaldan azad etmişik. Bu qələbəni də bu zəfər paradı ilə ölkə səviyyəsində təqdim etdik".
Zeynəb Mustafazadə