Afrika Futbol Konfederasiyası (CAF) 2025-ci il üçün qitənin ən yaxşı futbolçusunu müəyyənləşdirib.
"Unikal" qurumun rəsmi saytına istinadən xəbər verir ki, bu ada Fransanın PSJ klubunun və Mərakeş millisinin müdafiəçisi Əşrəf Hakimi layiq görülüb.
O, 1998-ci ildən bəri bu mükafatı qazanan ilk mərakeşli futbolçu olub. Mükafat 1992-ci ildən CAF tərəfindən təqdim olunur.
Ötən il mükafatı İtaliyanın “Atalanta” klubunun formasını geyinən Ademola Lukman qazanıb.