AZ

“Hər iki tərəf çətin güzəştlərə getməlidir” Rubio “Tramp planı”ndan danışdı

ain.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.

ABŞ hər iki tərəfin mövqeyini nəzərə alan təkliflər hazırlayır.

“AzPolitika” xəbər verir ki, bunu ABŞ Dövlət Katibi Marko Rubio özünün sosial şəbəkə hesabında yazıb. Ukraynadakı müharibə üçün ABŞ-nin "sülh planı"na münasibət bildirən Rubio qeyd edib ki, “Ukraynadakı kimi mürəkkəb və ölümcül müharibəyə son qoymaq üçün ciddi və realist fikirlər mübadiləsi tələb olunur: “Davamlı sülhə nail olmaq üçün hər iki tərəf çətin, lakin zəruri güzəştlərə getməlidir".

O əlavə edib ki, ABŞ hər iki tərəfin təkliflərinə əsaslanaraq müharibənin bitməsi üçün mümkün ideyaların siyahısını hazırlamağa davam edir.

Qeyd edək ki, Qərb mətbuatının yazdığına görə, Donald Tramp artıq Rusiya ilə Ukrayna arasında müharibənin bitməsini nəzərdə tutan 28 bəndlik planı təsdiqləyib. Buraya Ukrayna ordusunun bütün Donbasdan geri çəkilməsi və Ukrayna Silahlı Qüvvələrinin sayının, döyüş hazırlığının azaldılması daxildir. Trampın planı həmçinin Rusiyanın Zaporojye və Xerson vilayətlərindəki bəzi əraziləri geri qaytarmasını nəzərdə tutur.

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
18
azpolitika.info

1Mənbələr