AZ

“Gələcəkdə işə getmək istəyə bağlı olacaq” “10 20 il ərzində...”

Azpolitika.az saytına istinadən ain.az xəbər verir.

Amerikalı milyarder İlon Mask bildirib ki, süni intellekt və robotların sürətli inkişafı qlobal cəmiyyəti köklü şəkildə dəyişəcək. Onun sözlərinə görə, gələcəkdə yoxsulluq aradan qalxacaq və insanların işləməsi məcburi deyil, seçim əsasında olacaq.

Mask bu fikirləri Vaşinqtonda keçirilən ABŞ–Səudiyyə Ərəbistanı İnvestisiya Forumunda səsləndirib. "Tesla", "SpaceX" və süni intellekt startapı olan xAI şirkətlərinə rəhbərlik edən Mask, texnoloji tərəqqinin cəmiyyətdə ciddi struktur dəyişikliyi yaradacağını vurğulayıb. O, 10–20 il ərzində ənənəvi işlərin çoxunun insanlar üçün artıq zəruri olmayacağını proqnozlaşdırıb.

Mask deyib ki, gələcək dövrdə işə getmək bir növ hobbi kimi olacaq:“Düşünürəm ki, iş istəyə bağlı olacaq. Bu, idmanla məşğul olmaq və ya video oyun oynamaq kimi olacaq... İnsanlar tərəvəz almaq üçün marketə gedə bilər, ya da həyətlərində özləri yetişdirə bilər. Hərçənd daha çətindir, amma bəziləri bunu sevdiyi üçün edir. İş də belə olacaq – sadəcə seçim”.

Forumda Mask həmçinin açıqlayıb ki, xAI Səudiyyə Ərəbistanının dövlət dəstəyi ilə yaradılmış Humain şirkəti ilə tərəfdaşlıq edərək ölkədə 500 meqavat gücündə data mərkəzi inşa edəcək. Bu layihə xAI-nin ABŞ xaricində quracağı ən böyük məlumat mərkəzi olacaq.

"AzPolitika.info"

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
6
azpolitika.info

1Mənbələr