AZ

Miss Yamayka səhnədə YIXILDI — Onu xərəkdə apardılar – VİDEO

Miss Yamayka “Miss Universe 2025” səhnəsində yıxılıb.

İnterpress.az xəbər verir ki, bu barədə beynəlxalq şou-biznes media qurumları məlumat yayıb.

“Miss Universe 2025” müsabiqəsi zamanı Miss Yamayka səhnədə gediş edərkən qəfil yıxılıb və ayağa qalxa bilməyib.

Hadisədən sonra tədbirin tibbi heyəti səhnəyə daxil olaraq onu xərəkdə aparıb.

Hazırda modelin aldığı xəsarətin dərəcəsi bilinmir. Onun müsabiqəni davam etdirə bilib-bilməyəcəyi dəqiq deyil.

Təşkilatçılar yaxın saatlarda tibbi açıqlama verəcəklərini bildiriblər.

Xuraman Etibarlı

İnterpress.az

 

Seçilən
20
interpress.az

1Mənbələr