Ukrayna müharibəsinin başa çatdırılması planını yalnız Uitkoff deyil, həm də Rubio və Trampın kürəkəni hazırlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə NBC News və Wall Street Journal nəşrləri yazıb.
Mənbələr qeyd edir ki, planın hazırlanmasında Ağ Evin xüsusi nümayəndəsi Stiv Uitkoff, dövlət katibi Marko Rubio və prezidentin kürəkəni Cared Kuşner iştirak ediblər.
NBC həmçinin ABŞ-ın vitse-prezidenti Cey Di Vensin də prosesə qoşulduğunu vurğulayıb.
WSJ yazır ki, ABŞ prezidenti Donald Tramp planı dəstəkləyir. İddiaya görə, məhz o, köməkçilərinə yeni sülh təklifləri hazırlamağı tapşırıb.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta