AZ

İranda paytaxtın köçürülməsi seçim deyil, məcburidir – Pezeşkian

Bakı. Trend:

Artıq reallıq budur ki, İranda paytaxtı Tehrandan köçürmək seçimdeyil, məcburi atılacaq addımdır.

Trend-inməlumatına görə, bunu İran prezidenti Məsud Pezeşkian bu gün (20noyabr) ölkənin şimal-qərbində yerləşən Qəzvin vilayətindəziyalılar və incəsənət xadimləri ilə görüşdə deyib.

Onun sözlərinə görə, ötən bir il ərzində paytaxtın köçürülməsihökumət rəsmiləri tərəfindən elan olunduğu zaman yetərli büdcə yoxidi. Bəlkə də yetərli büdcə olsaydı, paytaxt köçürülə bilərdi.Həmin vaxtda da paytaxtın köçürülməsinin mümkün olmadığısöylənirdi.

Pezeşkian bildirib ki, artıq paytaxt Tehranda əhalinin sayınıartırmaq və tikintiləri paytaxta yükləmək olmaz. Tehranı inkişafetdirmək olar, lakin su problemini həll etmək olmaz.

“Hazırda Fars körfəzindən hər 1 kubmetr suyun Tehrana nəqlolunması üçün təxminən 5 milyon rial (təxminən 8,3 dollar) vəsaitəehtiyac var. 1 kubmetr suyu nəql etmək üçün bu qədər vəsaitixərcləmək məntiqli deyil. Deməli ölkənin gələcəyi üçün elmi vəəhatəli yeni xəritəni tənzimləmək lazımdır”, - deyə o qeydedib.

Qeyd edək ki, İran paytaxtının Tehrandan köçürülməsi üzrə qanun2015-ci ildə təsdiqlənib. Bu qanun indiyədək icra olunmayıb. İranınhazırkı hökumətinin paytaxtı ölkənin cənubuna köçürmək niyyətindəolduğu bildirilir.

Məqalədə:
Seçilən
4
6
az.trend.az

7Mənbələr