AZ

“Müəyyən proqramlar var ki, onlarda heç bir insan faktoru yoxdur” -

Müəyyən proqramlar var ki, onlarda heç bir insan faktoru yoxdur və proqram özü təmin edir ki, hansısa müalicə prosedurları həyata keçirilsin”.Metbuat.az xəbər verir ki, bu barədə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov Yeni Klinikada Yeni Robotik Reabilitasiya Mərkəzi və Hematologiya–Sümük İliyi Transplantasiyası Mərkəzinin açılışı zamanı danışıb: “Bu, əlbəttə ki, ölkəmizin başçısının – cənab Prezidentin, həmçinin hörmətli Mehriban xanımın səhiyyə sahəsinə göstərdikləri diqqətin nəticəsidir ki, biz bu gün bu işləri həyata keçirə bilirik. Məqsədimiz odur ki, bu reabilitasiya mərkəzi gündə 500 adama, 500 pasiyentə xidmət etsin – o gücdədir. Və illik də hədəfimiz odur ki, 150 min – 200 min arasında Azərbaycan vətəndaşı bu reabilitasiya mərkəzində bu xidmətlərdən istifadə edə bilsin.Yadınızdadırsa, Vətən müharibəsi dövründə travma almış, xəsarət almış çox sayda qazilərimiz oldu. Onların da müalicəsinin bir hissəsi reabilitasiya mərkəzlərində davam etdirilməlidir. Hər kəs gördü ki, ölkəmizdə reabilitasiya mərkəzlərinin sayı az olduğu üçün dövlətimizin dəstəyi ilə bu şəxslər digər ölkələrdə reabilitasiya üçün göndərildi və sağlamlıqlarına qovuşdular. Amma bu qazilər, bu cür travmaları olan qazilərimiz artıq bizim reabilitasiya mərkəzində bu xidmətləri ala biləcəklər və tam sağalacaqlar.Yəni bu, ölkə üçün bir yenilikdir. Buradakı avadanlıqların hər biri unikal xarakter daşıyır. Yəni, yaxın ölkələrlə müqayisə etsək, o ölkələrin bəzilərində bu avadanlıqlar yoxdur. O səviyyədə qurulan bir reabilitasiya mərkəzidir. Vətəndaşımızın xidmətinə artıq bu gündən açıqdır və hər cür reabilitasiya, fizioterapevtik xidmətləri biz vətəndaşımıza təqdim edə biləcəyik”.

Sevinc İbrahimzadə / Metbuat.az

Seçilən
46
metbuat.az

1Mənbələr