BAKI, 20 noyabr. TELEQRAF
"Yeni Klinikada Yeni Robotik Reabilitasiya Mərkəzi gündə 500 pasiyentə xidmət verəcək".
Teleqraf xəbər verir ki, bunu TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov Yeni Klinikada çıxışında deyib.
O bildirib ki, bura dünyada ən yaxşı reabilitasiya mərkəzlərindən biridir.
"Burada fizioterapevtlər var, onların işin əsas icraçılarıdır. Mütəxəssislər təlimlər keçir. Avadanlıqların böyük hissəsi robotik avadanlıqlardır", - o əlavə edib.