Türkiyə gələn il qlobal iqlim sammiti BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasını (COP31) qəbul edəcək, Avstraliya isə hökumətlərarası danışıqlara rəhbərlik edəcək.
Bakıvaxtı.az "Reuters" agentliyinə istinadən xəbər verir ki, bunu Avstraliyanın Baş naziri Entoni Albaneze "Australian Broadcasting Corp Radio"ya açıqlayıb.
Onun sözlərinə görə, tərəflər kompromisə gəliblər - Türkiyə COP31 sammitinə sədrlik edəcək, "pre-COP" tədbirləri Sakit okean regionunda keçiriləcək, Avstraliya isə hökumətlərarası danışıqlara rəhbərlik edəcək.
"Biz düşünürük ki, bu həm Avstraliya, həm də Türkiyə üçün böyük qələbədir", - o bildirib.
Agentlik, həmçinin qeyd edir ki, Türkiyə COP31-i Antalya şəhərində keçirəcək.