AZ

Paytaxtın köçürülməsi ilə bağlı Pezeşkiandan açıqlama

BAKI, 20 noyabr. TELEQRAF

“İranın paytaxtının köçürülməsi artıq seçim deyil, məcburiyyətdir”.

Teleqraf xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian Qəzvin vilayətinə səfəri zamanı bildirib.

“Bu gün mübahisə su üstündədir. O vaxt paytaxtı köçürmək lazım olduğunu dedikdə kifayət qədər büdcəmiz yox idi. Əgər olsaydı, bəlkə bu işi görərdik, amma həmin vaxt da deyirdilər ki, bu, mümkün deyil. Amma reallıq budur ki, artıq seçimimiz yoxdur, bu bir məcburiyyətdir. Tehranı genişləndirmək olar, amma onun su problemini həll etmək mümkün deyil.

Fars (Bəsrə) körfəzindən su gətirmək olar, amma hər kubmetr suyun dəyəri təxminən 500 min tümənə başa gəlir. Bir kubmetr su üçün belə xərc ödəmək məntiqlidirmi? Hansı məntiq bunu təsdiqləyir?”, - o qeyd edib.

Seçilən
6
teleqraf.com

1Mənbələr