AZ

Qriqoryan Kipr kəşfiyyatının rəhbəri ilə sülh və“Tramp yolu”nu müzakirə etdi

BAKI, 20 noyabr. TELEQRAF

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Kiprə işgüzar səfəri çərçivəsində Kipr prezidentinin milli təhlükəsizlik üzrə müşaviri və Kəşfiyyat Xidmətinin direktoru Tasos Tsionis ilə görüşüb.

Teleqraf xəbər verir ki, həmsöhbətlər ikitərəfli siyasi gündəliyin geniş spektri və çoxtərəfli formatlarda əməkdaşlıq imkanlarını müzakirə ediblər.

Tərəflər Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olmasına və bunun nəticəsində atılan addımlara toxunublar. Armen Qriqoryan “Tramp yolu” layihəsinin həyata keçirilməsi üçün hazırlıq prosesi barədə Tasos Tsionisə məlumat verib.

Seçilən
15
teleqraf.com

1Mənbələr