AZ

Ukrayna səfirliyində anım kitabı açılıb

Ukraynanın Azərbaycandakı səfirliyində anım kitabı açılıb.

Bu barədə Ukrayna səfiri Yuri Husyev “X”də bildirib.

“Rusiyanın Ternopilə endirdiyi zərbə nəticəsində ən azı 25 nəfər həlak olub, o cümlədən 3 uşaq və 73 nəfər yaralanıb. Biz onlayn başsağlığı kitabı açırıq.

Bu terror aktına qarşı güclü beynəlxalq reaksiya verməyə çağırırıq və qurbanların ailələrini dəstəyimizi ifadə edirik”, - paylaşımda qeyd edilib.

Seçilən
13
7
herbiand.az

10Mənbələr