AZ

NASA "3I/ATLAS" kometasının Yer kürəsinə yaratdığı təhlükəni qiymətləndirib

[center]NASA[/center]NASA "3I/ATLAS" kosmik obyektinin Yer kürəsi üçün heç bir təhlükə yaratmadığını bəyan edib.

Oxu.Az xəbər verir ki, bu barədə NASA-nın elmi missiyalar üzrə direktor müavini Nikki Foks məlumat verib.

Onun sözlərinə görə, "3I/ATLAS" kometası Yerdən təhlükəsiz məsafədə yerləşir və bu, planetdən Günəşə olan məsafədən, demək olar ki, iki dəfə çoxdur.

NASA əlavə edib ki, kometa dekabrın 19-da Yerə 170 milyon mildən (270 milyon km-dən çox) yaxın olmayan məsafədə yaxınlaşacaq.

Kosmik agentlik qeyd edib ki, "3I/ATLAS" günəş sistemindən keçərkən monitorinqləri davam etdirməyi planlaşdırır. Kometanın gələn il Yupiterin orbitindən keçəcəyi gözlənilir.

Seçilən
14
yenisoz.az

1Mənbələr