AZ

Azərbaycanda borcalanlara kredit verilərkən hansı meyarlar nəzərə alınır?

BAKI, 20 noyabr. TELEQRAF

Azərbaycanda “FinScore” məhsulu vasitəsilə borcalanların kredit tarixçəsinin uzunmüddətliliyi, ümumi davranışları, gecikmə, demoqrafik məlumatlar və ödəniş tarixçəsi nəzərə alınır.

Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Kredit Bürosunda məhsul sahibi Kamal Mirzəyev Bakıda keçirilən 9-cu Beynəlxalq Bankçılıq Forumunda deyib.

O qeyd edib ki. nəzərə alınmayan faktorlara cinsiyyət, ünvan, aylıq gəlir, region və sorğu sayı aiddir:

“FinScore” davranış skorinqidir, yəni borcalanın-vətəndaşın ödənişləri, göstərdiyi davranışlar əsasında formalaşmış bir reytinqdir. Ümumilikdə maliyyə institutları tərəfindən skorinq əldə olunan zaman biz cari günə olan borcalanın skorinq balını, son 12 ay daxilində skor tarixçəsini və bu skorun formalaşmasına mənfi təsir edən 4 əsas meyyarı təqdim edirik və eyni zamanda defolt ehtimalını, - yəni bir kreditin əldə edildiyi zaman borcalan tərəfindən növbəti 12 ayda hansı tendensiyanın baş verə biləcəyini, kreditin defolta düşmə ehtimalını və eyni zamanda son 12 ayda göstərdiyi davranışı təqdim edirik. Ümumilikdə “FinScore” çox böyük məlumat əsasında formalaşmış, maşın öyrənilməsi və süni intellektə əsaslanan bir modeldir. Burada borcalanın qiymətləndirilməsi zamanı 594 fərqli dəyişəndən istifadə olunur”.

Seçilən
69
teleqraf.com

1Mənbələr